Sürücülərə şad xəbər: Bakıda yeni tunel inşa edilir – VİDEO

23-12-2017, 01:27           

Bakının daha bir yolunda tıxacı aradan qaldırmaq üçün tunel tikilir.

Yeni tunel Ziya Bünyadov prospektindən Hava Limanı yoluna bir başa çıxışı təmin edəcək.

Bununla da Ziya Bünyadov prospektindən gələrək hava limanı istiqamətinə getmək istəyən sürücülər Koroğlu metro stansiyasının qarşısından keçməyə məcbur olmayacaqlar. Yeni tunelin inşasına 3 gündür başlanılıb və işlər yekunlaşdıqda tunel 2 zolaqdan ibarət olacaq.

Tunelin inşasının dəqiq olaraq nə zaman başa çatacağı dəqiq məlum deyil. Ümumilikdə prosesin 6-7 ay davam edəcəyi proqnozlaşdırılır.



Tunelin inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifaşi ilə həyata keçirilir.



\\Xezrxeber













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru