Azərbaycanlıların olduğu gəmi Yunanıstan sularında saya oturub 23-12-2017, 15:20 Panama bayrağı altında üzən "Little Seyma" gəmisi Yunanıstana məxsus kiçik adaların yaxınlığında saya oturub.Trend-in məlumatına görə, gəminin göyərtəsində 12 ekipaj üzvündən 9-u ukraynalı, 3-ü azərbaycanlıdır.Onların həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.Rusiyada limandan çıxıb Famaqustaya istiqamət götürən yük gəmisi 2700 ton un daşıyır. Facebook-da paylaş