İstanbuldan Naxçıvana gələn avtobus aşıb: Çoxlu yaralı var-FOTO

25-12-2017, 16:55           

"İstanbuldan Azərbaycana gələn, içərisində azərbaycanlıların olduğu avtobusun qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.


Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətinə hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.

***

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.


PRESSDAY.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 25-də Bakı vaxtı ilə saat 10 radələrində Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.

İstanbuldan Azərbaycana gələn “İğdır Turizm” şirkətinə məxsus avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Qəzada əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.

Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru