Azərbaycanlılar batan gəmidən belə xilas edildi

26-12-2017, 20:01           

Qayalıqlardakı mağaraya sığınan gəmi ekipajı 24 saat sonra qurtarılıb
Xəbər verdiyimiz kimi, içərisində azərbaycanlıların da olduğu türk gəmisi çətin anlar yaşayıb. Belə ki, Yunanıstanın Mikonos adası yaxınlığında, türk şirkətlərindən birinə aid "Little Şeşma" adlı yük gəmisi qayalıqlara doğru yan alıb.

Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, qayalıqlardakı mağaraya sığınan gəmi ekipajı 24 saat sonra qurtarılıb. Mağaraya saxlanaraq kömək gəlməsini gözləyən 12 ekipaj üzvü pis hava şəraiti səbəbiylə çətinliklə xilas edilib.

Qeyd edək ki, İstanbul Tuzla Limanında Şimali Kipr Türk Respublikasının Gazimağusa Limanına getmək üzrə yol alan 114 metr uzunluğunda, 13 metr genişliyindəki "Little Şeşma” adlı gəmi dekabrın 23-də səhərə yaxın, Yunanıstanın Mikonos adası yaxınlığında mühərriki xarab olub. Fırtınanın da təsiriylə sürüklənən gəmi Mikonos adasının cənubundakı qayalıqlara doğru yan alıb.



Ziyan dəyən gəmiyə su dolmağa başlayıb. Gəmidəki 9-u Ukrayna, 3-ü Azərbaycan əsilli ekipaj qurtarma üzvü qayalıklardakı bir mağaraya sığınaraq kömək gözləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru