Bakıda tıxacda qalan həkim qışqırır: "ölən var, yol verin!" VİDEO

26-12-2017, 21:57           

Bu saatlarda Bakının Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində dəhşətli tıxac yaranıb.
Hazırda həmin ərazidə olan APA TV-nin əməkdaşı Mahir Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, bu tıxacda təcili tibbi yardım maşını heç cür yol tapıb gedə bilmir:

"Axırda həkim özü düşdü, başladı yolu açmağa. Amma bu vəziyyətdə sürücüləri də qınamaq olmur. Tıxacdan tərpənmək mümkün deyil. İstəsək belə həkimə, təcili tibbi yardım avtomobilinə yol verə bilmirik".

M.Məmmədli onu da bildirir ki, həkim çox həyəcanlı halda sürücülərə müraciət edib: "Həkim hamıdan xahiş edir, hətta qışqırır ki, ölən var, yol verin!"

APA TV-nin əməkdaşı təcili tibbi yardım maşınında olan xəstənin hazırkı vəziyyətindən əlavə məlumat əldə edə bilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru