Fransada karuselin bir kabinası yerindən çıxıb, ölən və yaralananlar var

1-04-2018, 10:32           
Fransada karuselin bir kabinası yerindən çıxıb, ölən və yaralananlar var
Fransanın Nyovil-sür-Sone şəhərində attraksionda baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən BFMTV məlumat yayıb.

Bildirilir ki, karuselin kabinalarından biri naməlum səbəblərdən yerindən çıxıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, qəza zamanı ölən şəxs kişidir. Yaralılardan ikisi uşaq, biri isə böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru