Bu fırça ərinizin başqa qadınla öpüşdüyünü təyin edəcək - Artıq satışdadır

1-04-2018, 11:21           
Bu fırça ərinizin başqa qadınla öpüşdüyünü təyin edəcək - Artıq satışdadır
Foreo şirkəti İccalexa yeni ağıllı diş fırçası istehsal edib.

teref.az Medicina.az-a istinadən xəbər verir ki, fırça sahibinin ağız suyunu analiz edərək, onun əhvalını təyin edir və lazım gəldikdə səslərlə onu dəstəkləyir. İstehsalçılar əmindir ki, bu yenilik insanların psixiatrlara pul xərcləməsinin qarşısını alacaq.

Bu fırça ilə dişlərin təmizlənməsi T – Sonik səs pulsasiyası ilə baş verir. Fırçaya quraşdırılmış emosional intellekt isə insanın ağız suyunu müayinə edərək, onunla ünsiyyət qurur. Fırçanın "sadiqlik detektoru” funksiyası da var. Qadjet tüpürcəyin analizi ilə partnyorunuzun başqası ilə öpüşüb-öpüşmədiyini də təyin edə biləcək. Həmçinin fırça diş təmizləməyin vaxtını da sahibinin yadına salacaq.

Fırça USB ilə enerji yığır, qiyməti isə təxminən 400 dollardır. Hazırda fırçanı sifariş etmək mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru