27 yaşı ailə başçısından DƏHŞƏTLİ CİNAYƏT: Arvadını, 1 yaşlı qızını öldürdü, sonra...
2-04-2018, 10:50
Rusiyada 27 yaşlı kişi əvvəlcə ailəsini, sonra da özünü öldürüb.
Publika.az xəbər verir ki, hüquq-mühafizə şirkətində çalışan 27 yaşlı kişi 31 yaşlı xanımını və 1 yaşlı qızını öldürdükdən sonra, özünü yandırıb. Hadisə ilə bağlı polisə məlumat verən qonşular hadisənin gecə saatlarında baş verdiyini deyib.
Araşdırma zamanı qadının və 1 yaşlı qızın bədənində çoxsaylı bıçaq zərbələrinin olduğu aşkarlanıb. Ekspertiza cinayəti araşdırrır.
İlkin məlumatlara görə, gözlənilməz yanğın cinayəti gizlətmək məqsədilə çıxarılıb.
Cinayət işinin araşdırılması davam edir. Hadisə yerinə kriminalistlər baxış keçirir.