F-35-dən ilk böyük qəza - Foto

23-08-2018, 20:36           
F-35-dən ilk böyük qəza - Foto
ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi ilk dəfə böyük qəza törədib.

Axar.az xəbər verir ki, qəza qırıcının fövqəladə eniş həyata keçirməsindən sonra baş verib. Belə ki, dəyəri təxminən 80 milyon dollar olan təyyarənin Eqlin Hava Qüvvələri bazasına enişindən sonra ön hissəsi çöküb. Məsələ ilə bağlı açıqlama verən rəsmilər xilasedicilərin təcili olaraq hadisə yerinə göndərildiyini və pilotun xəsarət almadan qırıcıdan çıxarıldığını bildirib.

Məlumata görə, ABŞ Hava Qüvvələri qəzanın səbəbini araşdırır.

Qeyd edək ki, ABŞ-da F-35 təyyarəsinin keçirdiyi qəzadan sonra yeni iddialar irəli sürülür. Məlumata görə, Pentaqonun hesabatında F-35-lərin eniş zamanı problemlər yaşama ehtimalı qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru