Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbə nəticəsində 31 nəfər həlak olub

24-08-2018, 07:23           
Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbə nəticəsində 31 nəfər həlak olub
Ərəb koalisiyası Yəməndə qaçqınları daşıyan avtomobil karvanına hava zərbəsi endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hava zərbəsi nəticəsində əksəriyyəti uşaq olmaqla 31 nəfər həlak olub.

KİV-lərinə məlumatınsa əsasən, hava hücumu Ed-Durayximi yaşayış məntəqəsində baş verib.

Qeyd edək ki, ərəb koalisiyasının avqustun 10-da Yəmənin Saada şəhərində avtobusa endirdiyi hava zərbəsi nəticəsində azı 50 nəfər həlak olub, 77 nəfər isə xəsarət alıb. Həlak olanların əksəriyyəti uşaq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru