Rusiyanın Kiyevdəki konsulluğuna tüstü şaşkaları atılıb
25-08-2018, 08:09
Ukraynada naməlum şəxs Rusiyanın Kiyev şəhərindəki konsulluğuna tüstü şaşkaları atıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli "Strana" internet nəşri yazıb.
"Paytaxtın Peçerski rayonunda Rusiyanın Dobrovolçeskie batalyonı, 5 küçəsində yerləşən Ukraynadakı konsulluğuna tüstü şaşkaları atılıb. Hadisə günün ikinci yarısında baş verib", - deyə məlumatda bildirilir.
Nəşr məlumatı diplomatik nümayəndəliyin binasını qoruyan Milli Qvardiyanın əməkdaşına istinadən yayıb. Mənbə deyib ki, naməlum şəxs binaya iki tüstü şaşkası atıb. Bildirilir ki, faktla bağlı "Xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb.
Kiyev polisinin mətbuat xidməti məlumatı hələ ki, şərh etməyib.