Alar kəndində qəribə gözəgörünməz oğrular peyda olub - "Yadplanetlilərin" şıltaqlıqları...

25-08-2018, 08:39           
Alar kəndində qəribə gözəgörünməz oğrular  peyda olub - "Yadplanetlilərin" şıltaqlıqları...
Cəlilabad rayonunda müəmmalı oğruları meydana çıxdığı bildirilir. Onların davamlı şəkildə Alar kəndində yerləşən yaşayış evlərinə daxil olduğu söylənilir. İşin maraqlı tərəfi isə oğrular soyğun etmədən mənzillərə ziyan vururlar.

Teref.az xəbər verir ki, bu barədə rayon sakini jurnalist Səid Qərib məlumat verib. Onun sözlərinə görə, hətta oğruları tutmaq üçün səhərədək mülkiyyətinin keşiyini çəkənlər var. Jurnalist iddia edir ki, kənd sakinlərinin gözləri qarşısında oğruların bir anın içində yox olması söz-söhbətləri gəzir. Bu isə insanlar arasında ajiotaj yaradıb. Nəticədə artıq bəzi sakinlər “”yadplanetlilər” Alar kəndinə hücum çəkiblər” – deyir.

Məsələ o qədər şişirdilib ki, bu səbəbdən bəzi şəxslərin kəndin mollasının yanına gedərək duaların yazdırdığı qeyd edilir.

Cəlilabad rayonun hüquq-mühafizə orqanlarından minval.info-ya verilən məlumata görə deyilənlər həqiqəti əks etdirmir: “Əgər burada belə bir hadisə baş versəydi, bizim xəbərimiz olardı”. /Minval.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru