Rayona qonaq gedən 15 yaşlı qızın müəmmalı ölümü

25-08-2018, 23:16           
Rayona qonaq gedən 15 yaşlı qızın müəmmalı ölümü
Neftçala rayonunda 15 yaşlı qız dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qırmızıkənd kəndində qeydə alınıb.

2003-cü il təvəllüdlü Kərimli Ailim Ramal qızı dünyasını dəyişərək müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Ailim Kərimlinin valideynləri Bakı şəhərində yaşasalar da, qız hər il yay tətilini ata yurdu Qırmızıkənd kəndində babasıgildə keçirirmiş. Bu yay tətilində də babasıgilə gedib.

Qızın ölümünə iki səbəb göstərilir. İlkin versiyaya görə, Ailim elektrik cərəyanı vurması nəticəsində ölüb.

Yaxınlarının dediyinə görə isə qız epilepsiya xəstəliyindən dünyasını dəyişib. A.Kərimlinin ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru