“Real” və “Xetafe” rəqiblərini darmadağın ediblər
22-04-2019, 01:26

İspaniya La Liqasında XXXIII tura yekun vurulub.
ONA-nın məlumatına görə, turun son günündə 5 qarşılaşma keçirilib.
“Real” öz meydanında “Atletik”i darmadağın edib. Madridlilərin hər üç qoluna Kərim Benzema imza atıb.
REKLAM
www.facebook.com
Daha ətraflı
“Xetafe” də “Sevilya”nı üç qolla keçib. Çempionlar Liqasına vəsiqəyə daha bir iddialı – “Valensiya” isə Sevilyanın digər təmsilçisi “Betis”i məğlub edib.
“Vilyarreal” “Leqanes” üzərində qələbə ilə təhlükəli zonadan uzaqlaşıb. Günün yeganə heç-heçəsi hərəyə iki qol vuran “Levante” və “Espanyol”un görüşündə qeydə alınıb.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 23-25-də keçiriləcək.
İspaniya La Liqası
XXXIII tur
21 aprel
“Vilyarreal” – “Leqanes” – 2:1
Bakka, 64, Ekambi, 80 – El Jar, 87 (pen.)
“Real” – “Atletik” – 3:0
Benzema, 47, 76, 90
“Xetafe” – “Sevilya” – 3:0
Mata, 35 (pen.), Molina, 45 (pen.), 53
“Levante” – “Espanyol” – 2:2
Vezo, 62, Roçina, 72 – İqlesias, 16, Roka, 65
“Betis” – “Valensiya” – 1:2
Lo Çelso, 78 (pen.) - Quedes, 45, 49