Çempionlar Liqası: “Qalatasaray” son ev sınağında "Brügge" ilə oynayacaq
26-11-2019, 03:45

Bu gün Çempionlar Liqasında V tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, 4 qrupda 8 oyun keçiriləcək.
Qonşu Türkiyənin çempionu “Qalatasaray” öz meydanındakı son qrup matçında “Brügge” ilə qarşılaşacaq. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan komandaların duelində A qrupunda 3-cü yerin taleyi həll oluna da bilər. Qonaqlar qalib gəlsələr, İstanbul klubu qrup sonuncusu olacaqlar.
“Qalatasaray” məğlub olmasa, bu nəticə “Real”ı 1/8 finala daşıyacaq. Belçika təmsilçisi qələbə qazansa belə madridlilər turu adlaya bilər. Bunun üçün İspaniya klubuna evdə PSJ-ni məğlub etmək lazımdır.
B qrupunda “Tottenhem” 1/8 finala yüksələ bilər. Bunun üçün London klubu “Olimpiakos”a qalib gəlməlidir. “Srvena Zvezda”nın “Bavariya” ilə görüşdəki xal itkisi ingiltərəliləri heç-heçə ilə növbəti raunda daşıyacaq.
C qrupunda hər iki vəsiqə sahibini tapa bilər. “Mançester Siti” “Saxtyor”a uduzmasa, 1/8 finala yüksələcək. Ukrayna təmsilçisi qalib gəlsə, digər oyunda “Atalanta” “Dinamo”nu yensə, İngiltərə və Ukrayna təmsilçiləri mərhələ adlamış olacaq.
D qrupunda isə “Atletiko” ikinci vəsiqəyə sahib çıxa bilər. Bunun üçün madridlilər səfərdə “Yuventus”a qalib gəlməlidir. Onların heç-heçə ilə 1/8 finala yüksəlməsi üçün “Lokomotiv”lə “Bayer”in matçında heç-heçə qeydə alınmalıdır.
Qeyd edək ki, tura noyabrın 27-də yekun vurulacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur
26 noyabr
A qrupu
21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika)
00:00. “Real” (İspaniya) –PSJ (Fransa)
B qrupu
00:00. “Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya)
00:00. “Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
C qrupu
00:00. “Atalanta” (İtaliya) – “Dinamo” (Z, Xorvatiya)
00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)
21:55. “Lokomotiv” (Rusiya) - “Bayer” (Almaniya)
00:00. “Yuventus” (İtaliya) – “Atletiko” (İspaniya)