Azərbaycanın cüdo komandası "Böyük dəbilqə"ni 4-cü pillədə tamamlayıb

18-10-2021, 07:45           
Azərbaycanın cüdo komandası "Böyük dəbilqə"ni 4-cü pillədə tamamlayıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən "Böyük dəbilqə" turnirində 3-cü yer uğrunda görüşə çıxıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə sona yetib. Nəticədə Uşangi Kokauri 5-ci yerlə kifayətlənməli olub.

Digər cüdoçularımız Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə yarışla erkən vidalaşıblar.

Beləliklə, Azərbaycan cüdoçuları "Böyük dəbilqə" turnirini 1 qızıl və 1 bürünc medalla 4-cü yerdə başa vurublar.

Xatırladaq ki, milli komandamızın üzvlərindən Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olub.

Paris "Böyük dəbilqə"sində 46 ölkədən 283 cüdoçu bacarığını nümayiş etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru