Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Beşiktaş" evdə uduzub

20-10-2021, 07:47           
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Beşiktaş" evdə uduzub
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. "Report"un məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

A qrupunda İngiltərənin "Mançester Siti" klubu Belçikada "Brügge"ni darmadağın edib - 5:1. "Şəhərlilər"in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.

C qrupunda "Beşiktaş" Türkiyədə Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə "Beşiktaş"ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu "qara qartallar"ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5

Qollar: Hans Vanaken, 81 - Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67

23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya)

Xal durumu: PSJ - 4, "Mançester Siti" - 6 (3 oyuna), "Brügge" - 4 (3), "Leyptsiq" - 0.

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4

Qollar: Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27, Pablo Sarabiya, 44 (penalti)

23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Ayaks" - 6, "Borussiya" - 6, "Sportinq" - 3 (3 oyuna), "Beşiktaş" - 0 (3).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru