Çempionlar Liqası: "Barselona" "Dinamo"ya qarşı, İngiltərə klublarının ev sınağı

20-10-2021, 10:53           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun gününə nəzərdə tutulan matçlardan 2-si Bakı vaxtı ilə saat 20:45-də, 6-sı isə saat 23:00-da start götürəcək.

E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniya "Barselona"sı Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək. Almaniya "Bavariya"sı isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.

F qrupunda "Mançester Yunayted" İngiltərədə İtaliya "Atalanta"sını sınağa çəkəcək. Digər qarşılaşmada İsveçrənin "Yanq Boyz" və İspaniyanın "Vilyarreal" klubları münasibətlərinə aydınlıq gətirəcək.

G qrupunda Almaniya "Volfsburq"u Avstriyada "Zaltsburq"la, İspaniya "Sevilya"sı isə Fransada "Lill" ilə üz-üzə gələcək.

H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"lə qarşılaşacaq.

Çempionlar Liqası

III tur

20 oktyabr

E qrupu

20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)

23:00. "Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

23:00. "Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.

G qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya)

23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya)

Xal durumu: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)

23:00. "Zenit" (Rusiya) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru