"Messi, sən mənə formanı ver, mən də sənə anamı"- Fanatından Messiyə...

20-10-2021, 10:58           
"Messi, sən mənə formanı ver, mən də sənə anamı"- Fanatından Messiyə...
Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 3-cü turun ilk oyunları keçirilib.

Milli.Az xəbər verir ki, PSJ (Fransa) doğma divarlar arasında "Leyptsiq"i (Almaniya) qonaq edib. Matç meydan sahiblərinin 3:2 qələbəsi ilə başa çatıb.

Messinin dubl etdiyi oyunda azyaşlı PSJ azarkeşinin açdığı pankart xüsusi diqqət çəkib. "Messi, sən mənə formanı ver, mən də sənə anamı" yazılan bu pankart dünyanın aparıcı idman nəşrlərinin diqqətindən yayınmayıb.

Bu da həmin anlar:

Xatırladaq ki, 3 oyundan sonra PSJ 7 xalla birinci, "Mançester Siti" 6 xalla ikinci, "Brügge" 4 xalla üçüncü, "Leyptsiq" isə yenə xal üzünə həsrət qalaraq sonuncu yeri bölüşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru