Messi Ronaldonun rekorduna çatdı

20-10-2021, 18:07           
Messi Ronaldonun rekorduna çatdı
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turunda Almaniya “Leyptsiq”i ilə oyun PSJ-nin (Fransa) hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Argentinalı futbolçu 3:2 hesabıyla qələbə qazandıqları matçda dubla imza atıb və daha bir rekordda Kristiano Ronaldoya çatıb.

Belə ki, Bundesliqa təmsilçisi Messinin ÇL-də qol vurduğu 37-ci komanda olub. O, artıq Ronaldo ilə rekordu bölüşür.

Ən nüfuzlu klub turnirində ikinci dəfə Panenka tipli penaltidən fərqlənən Messi peşəkar karyerasında vurduğu ümumi qolların sayını isə 755-ə çatdırıb. Əfsanəvi braziliyalı Romarionu (753) geridə qoyan 34 yaşlı oyunçu bütün dövrlərin ən məhsuldar 3-cü oyunçusu ünvanını ələ keçirib. O, daha 10 qol vuracağı təqdirdə digər braziliyalı Peleyə (765) çatacaq.

Bu baxımdan rekord isə yenə Kristiano Ronaldoya məxsusdur – 794 qol.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru