Çempionlar Liqası: "Barselona" ilk qələbəsini qazanıb, "Volfsburq" uduzub

21-10-2021, 00:13           
Çempionlar Liqası: "Barselona" ilk qələbəsini qazanıb, "Volfsburq" uduzub
UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

Cebhe.info xəbər verir ki, hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

E qrupunda İspaniya "Barselona"sı evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 36-cı dəqiqədə Jerar Pike vurub. Bu, Kataloniya təmsilçisinin cari mövsüm turnirin qrup mərhələsində ilk qalibiyyəti olub. Qrupun digər matçında Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"nın qonağı olacaq.

G qrupunda isə Almaniya "Volfsburq"u Avstriyada "Zaltsburq"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda "Lill" Fransada İspaniya "Sevilya"sını sınağa çəkəcək.

Çempionlar Liqası

III tur

20 oktyabr

E qrupu

20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0

Qol: Jerar Pike, 36

23:00. "Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4, "Barselona" - 3 (3 oyuna), "Dinamo" - 1 (3).

G qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) - 3:1

Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 - Lukas Nmeça, 15

23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya)

Xal durumu: "Zaltsburq" - 7 (3 oyuna), "Sevilya" - 2, "Volfsburq" - 2 (3), "Lill" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru