Azərbaycanlı məşqçi erməniləri ətrafına toplayıb - Video, Foto

6-05-2016, 22:19           

Mayın 7-də Riqada azərbaycanlı Vəli Məmmədovun rəhbərlik etdiyi FLASHPROMOTİON təşkilatı özünün ilk AllfortheVictory turnirini keçirəcək.

Vəli Məmmədov Rusiyada yaşayan gənc məşqçi və promouterdir. Təəccübləndirən isə odur ki, öz təşkilatının bayrağı altına o, yalnız rusiyalıları deyil, həm də erməniləri toplayıb. Bu azmış kimi, o, Riqada qəribə “şou” təşkil etmək qərarına gəlib — azərbaycanlılar ermənilərə qarşı. Məsələn, Məmmədovun komandasından olan Petros Ananyan Latviyada yaşayan azərbaycanlı Zaur Sadıxovla döyüşəcək. Digər qarşıdurmada FLASHPROMOTİON-un iki boksçusu — Azərbaycan yığmasının keçmiş üzvü, 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı, dağıstanlı Soltan Migitinov və Lendruş Akopyan üz-üzə gələcəklər.

“Bizdə erməni döyüşçülər azərbaycanlılarla bir yerdə çıxış edirlər. Burada heç bir siyasi çalar axtarmağa dəyməz, bu xalis idmandır. Əgər bu təxribatdırsa da, sülhməramlıdır. Qoy bütün mübahisələr rinqdə həll olunsun və qonqun zərbəsi ilə bitsin”, - Vəli Məmmədov deyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru