AVRO-2024: İspaniya 1/8 finala yüksəlib

21-06-2024, 08:29           
AVRO-2024: İspaniya 1/8 finala yüksəlib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupundakı xalını 6-ya çatdıraraq 1/8 final mərhələsinə yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.