Oxu.Az xəbər verir ki, lider PSJ doğma azarkeşləri önündə "Nant"ı sınağa çəkib.
Paytaxt klubu artıq 2-ci dəqiqədə Hakiminin dəqiq zərbəsi ilə hesabı açsa da, onu qoruya bilməyib. Qonaqlar 38-ci dəqiqədə bərabərliyi bərpa edərək meydandan 1 xalla ayrılmağı bacarıblar - 1:1.
Hazırda PSJ 33 xalla turnir cədvəlində vahid liderdir. "Nant" isə 11 xalla 16-cı yeri tutur.