"Mançester Yunayted"artıq 5 oyundur qələbə qazana bilmir

28-04-2025, 10:44           
"Mançester Yunayted"artıq 5 oyundur qələbə qazana bilmir
İngiltərə Premyer Liqasında XXXIV turun növbəti oyunu keçirilib.

Ölkə çempionatında qeyri-sabit çıxışı ilə diqqət çəkən “Mançester Yunayted" səfərdə "Bournmut"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qırmızı vərəqə ilə cəzalanan "Bournmut" 68-ci dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparıb.

Bu nəticədən sonra xallarını 50-yə çatdıran ev sahibi komanda 10-cu pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" isə 39 xalla 14-cü sıraya yüksəlib.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə çempionatında ardıcıl 5-ci oyundur qələbə qazana bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru