Arsen Venger: “Hakim səhv qərar verdi”

8-05-2025, 09:34           
Arsen Venger: “Hakim səhv qərar verdi”
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında keçirilən “İnter” – “Barselona” matçından (4:3) danışıb.

TEREF xəbər verir ki, o, “beİN Sports” kanalının canlı yayımında Kataloniya komandasının qapısına təyin olunan penalti zərbəsi qərarından gileylənib:

“Mən bu cür penaltilərə qarşıyam. Hər epizoda az sürətdə baxsaq, nəsə tapmaq olar. Normal sürətdə Kubarsi möhtəşəm müdaxilə etdi və topu qazandı. Lautaro Martines həmin anda onun üzərinə yıxılırdı, penalti axtarırdı. Çünki artıq bilirdi ki, qol vura bilməyəcək. Fərq etmir, ayağa toxunuş var, ya yox. Kubarsi topu birinci qazanır, əsas məsələ budur. Qalanını Martines özü edir. Mənim fikrimcə, hakim səhv qərar verdi”.

Qeyd edək ki, sözügedən görüşün 45+1-ci dəqiqəsində “Barselona”nın futbolçusu Pau Kubarsinin “İnter”in hücumçusu Lautaro Martinesin ayağına müdaxilə etdiyinə görə penalti zərbəsi təyin olunub. (qol.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru