Bakı yaşayış xərclərinə görə dünyada 340-cı yeri tutub

Bu gün, 15:38           
Bakı yaşayış xərclərinə görə dünyada 340-cı yeri tutub
Bu ilin I yarısında Bakı yaşayış xərclərinə görə şəhərlər reytinqində 340-cı yeri tutub.

Oxu.Az bu barədə dünyanın ən böyük məlumat bazalarından biri olan "Numbeo"ya istinadən xəbər verir.

Reytinqdə aşağı sırada olmaq şəhərdə yaşayış xərclərinin daha münasib olduğunu göstərir.

Müqayisə üçün, İrəvan 257-ci, İstanbul 258-ci, Moskva 230-cu, Tbilisi isə 316-cı yerdə qərarlaşıb.

Hesabatda qeyd olunur ki, "yaşayış xərcləri indeksi" ərzaq məhsulları, restoran xidmətləri, nəqliyyat və kommunal xərclərin qiymətlərinə əsaslanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru