Milyonları var, uşağa qarşı hərəkətinə görə biabır oldu - Video

Bu gün, 15:28           
Milyonları var, uşağa qarşı hərəkətinə görə biabır oldu - Video
Son günlər sosial şəbəkələrdə polşalı tennisçi Kamil Mayxşakın rusiyalı Karen Xaçanova qalib gəldiyi oyundan sonra tribunada yaşanan hadisə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə peşəkar tennisçi beysbol papağını imzalayaraq tribunadakı uşağa uzadır.

Bu zaman yaxınlıqda dayanan kişi onun əlindən papağı alaraq qadının çantasına qoyur. Uşaq buna etiraz etsə də, o buna heç bir reaksiya vermir.

Sonradan sosial şəbəkələrdə sürətlə yayılan bu video birmənalı qarşılanmır və papağı “oğurlayan” kişi qınaq obyektinə çevrilir. Məlum olur ki, həmin şəxs Polşa Tennis Federasiyasına sponsorluq edən “Drogbruk” şirkətinin baş direktoru, milyonçu Pyotr Şerekdir. Hətta onun şirkəti də qlobal onlayn ictimaiyyət tərəfindən mənfi rəylər və sərt tənqid dalğası ilə üzləşib. P. Şerek isə bütün bunlara görə məhkəməyə üz tutacağını açıqlayıb.

Mayxşak isə hadisədən xəbər tutandan sonra uşağın tapılması üçün müraciət edərək onunla görüşmək istədiyini bildirib. Nəhayət ABŞ Açıq çempionatında üçüncü tur matçı günü tennisçi kiçik azarkeşlə görüşüb, ona xatirə hədiyyələri və yeni papaq bağışlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru