Kredit sığortasına maraq azalıb

Bu gün, 15:24           
Kredit sığortasına maraq azalıb
2025-ci ilin yanvar-iyul aylarında kredit sığortası üzrə 2 milyon 519 min manat sığorta haqqı toplanıb.

Bu yığım ötən ilin eyni dövrü ilə müqayisədə kredit sığortasında 139 min manat və ya 5,22% azalmanın olduğunu deməyə əsas verir.
Belə ki, ötən ilin eyni dövründə kredit sığortası üzrə yığım 2 milyon 658 min manat təşkil edib.

Kredit sığortası üzrə sığorta ödənişləri isə azalıb.
Nəticələrə əsasən, bu ilin ilk 7 ayında sığorta ödənişləri 41 min manat təşkil edib.

Ötən ilin eyni dövründə isə kredit sığortası üzrə ödənişlərin cəmi 43 min manat olub.
Beləliklə, sığorta ödənişlərində 2 min manatlıq və ya 4,6% azalma olub.

Nəticə onu deyir ki, kredit sığortasında illik müqayisədə həm sığorta haqqında, həm də sığorta ödənişlərində azalma olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru