Video çəkərək yasa az adamın gəlməsindən gileylənən molla DANIŞDI VİDEO

Bu gün, 15:58           
Video çəkərək yasa az adamın gəlməsindən gileylənən molla DANIŞDI  VİDEO
Molla videomüraciət çəkərək insanların yasa az gəlməsindən gileylənib, bunun ehsan verilməməsi ilə bağlı ola biləcəyini iddia edib.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, görüntünün Samuxda çəkildiyi bildirilir.

Kənd sakinləri isə deyiblər ki, yaslarda yemək verilməsinin ləğvi insanların öz təşəbbüsü əsasında baş tutub və çoxluq tərəfindən müsbət qarşılanır. Yas məclislrinə nə qədər adamın qatılması isə bəzən mərasim sahibinin özünün bənzər məclislərdə necə iştirak etməsindən asılı ola bilir.

Qeyd edək ki, din xadimləri də yas məclislərində ehsan verilməsinin dinin tələbi olmadığını, əksinə israfçılığa yol verilməsi baxımından bu davranışın müsbət qarşılanmadığını bildirirlər.

Samuxun Çobanabdallı kəndində yaşayan və yas mərasimlərində mollalıq edən həmin şəxs bu addımı niyə atmasından danışıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru