Azərbaycanda kiçik biznes üçün ən sərfəli kreditlər ayıran banklar - ŞƏRTLƏR, SİYAHI
Bu gün, 15:44

Azərbaycanda kiçik biznes sahibləri üçün maliyyə dayanıqlığını qorumaq və fəaliyyətlərini genişləndirmək daim aktual məsələdir. Gündəlik tələbatlar – istər avadanlıq alışı, istərsə də mal dövriyyəsinin təmin edilməsi – sahibkarların tez-tez əlavə maliyyə vəsaitinə ehtiyac duymasına səbəb olur. Bu isə bank kreditlərini kiçik biznes üçün əvəzsiz alətə çevirir.
Valyuta.az hazırda ölkədə fəaliyyət göstərən bankların kiçik və mikro bizneslərə təqdim etdiyi ən uyğun kredit şərtlərini araşdırıb.
AccessBank
Sürətli mikro biznes krediti
Məbləğ: 10 000 manatadək
Faiz dərəcəsi: 24 %-dən başlayaraq
Müddət: 36 ay Müştəri qrupu: Biznes fəaliyyəti olan şəxslər
Girovsuz mikro biznes krediti
Məbləğ: 50 000 manatadək
Faiz dərəcəsi: 17 %-dən başlayaraq
Müddət: 48 ay
Güzəşt müddəti: 9 ay Müştəri qrupu: Biznes fəaliyyəti olan şəxslər
Maksimum Dəstək mikro biznes kredit
Məbləğ: 100 000 manatadək
Faiz dərəcəsi: 16 %-dən başlayaraq
Müddət: 48 ay
Güzəşt müddəti: 9 ay Müştəri qrupu: Girova malik biznes fəaliyyəti olan şəxslər
Mövsümi kredit
Məbləğ: 15 000 manatadək
Faiz dərəcəsi: 12 %-dən başlayaraq
Müddət: 12 ay
Güzəşt müddəti: 9 ay
Müştəri qrupu: Qeyri mütəmadi gəlirli aqrar fəaliyyətlə məşğul olan şəxslər
myCard Mikro
Məbləğ: 15 000 manatadək
Faiz dərəcəsi: 22 %-dən başlayaraq
Kart müddəti: 60 ay
Kredit limiti: 24 ay
Güzəşt müddəti: 50 gün
Komissiya: 1 %
Nağdlaşdırma: 0 %
Kartın qiyməti: Pulsuz
Müştəri qrupu: Biznes fəaliyyəti olan şəxslər
AFB Bank
Hüquqi şəxslər və iri sahibkarlar üçün
Məbləğ: 250 000 manatdan başlayaraq
Valyuta: AZN / USD / EUR
Faiz dərəcəsi: 15 %-dən başlayaraq
Müddət: 6–48 ay
Komissiya: 1 %
Tələblər
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs
Yaş həddi: ən azı 21 yaş və kreditin son ödənişi zamanı 70-dən yuxarı olmamalı
Borcalan: Azərbaycan ərazisində fasiləsiz ən azı 6 ay fəaliyyət göstərməli
Ümumi maliyyə vəziyyəti qənaətbəxş olmalıdır
Kiçik və orta sahibkarlıq krediti
Məbləğ: 30 001–250 000 manat
Valyuta: AZN / USD / EUR
Faiz dərəcəsi: 17 %
Müddət: 6–48 ay
Komissiya: 1 %
Yaş həddi: 21–70
Şərtlər: Hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; fasiləsiz 6 aylıq fəaliyyət; qənaətbəxş maliyyə vəziyyəti
Sürətli biznes krediti
Məbləğ: Maksimal 300 000 manat
Valyuta: AZN / USD / EUR
Faiz dərəcəsi: 12 %-dən başlayaraq
Müddət: 3–36 ay
Komissiya: 1 %
Şərtlər: Dövlət qeydiyyatlı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkar; fasiləsiz 1 il fəaliyyət; qənaətbəxş maliyyə vəziyyəti
Azərbaycan Beynəlxalq Bankı
Kiçik biznes krediti
Məbləğ: 100 000 manat (maksimal)
Müddət: 3–48 ay
Faiz dərəcəsi: 16 %-dən başlayaraq
Xidmət haqqı: 0 %
Təyinat: Əsas və dövriyyə vəsaitlərinin artırılması
Xüsusiyyətlər:
Tam onlayn müraciət
Təminatsız (zaminsiz, girovsuz)
Anında kredit imkanı
Azər Türk Bank
"Yaşıl biznes" məhsulu
Məbləğ: 1 000–10 000 000 manat
Müddət: Maksimum 10 il
Xidmətlər:
Hesablar və kartlar – pulsuz
Pul köçürmələri – 30 %-ədək endirim
Nağdsız mübadilə – 70 %-ədək endirim
Ekvayrinq xidmətləri – 20 %-ədək endirim
Digər xidmətlər – 50 %-ədək endirim
Maliyyələşdirmə şərtləri:
Bank resursları ilə kredit üzrə – 3 % endirim
Dövlət fondu resursları ilə – 1 % endirim
Komissiya üzrə – 0 %; ticarətin maliyyələşməsi üzrə – 1 %
Məhsul üzrə kredit və ticarət – komissiya 0 %
Dövlət zəmanətli güzəştli kreditlər (Sahibkarlığın inkişafı fondu tərəfindən)
Kiçikhəcmli kreditlər: 5 000–50 000 manat, müddət - 3 il, faiz - 5 %-ədək
Ortahəcmli kreditlər: 50 001–1 000 000 manat, müddət - 5 il, faiz - 5 %-ədək
Böyükhəcmli kreditlər: 1 000 001–10 000 000 manat, müddət - 10 il, faiz - 5 %-ədək
İşğaldan azad edilmiş ərazilər üçün:
Məbləğ: 5 000 000 manatadək, müddət – 7 il
Faiz dərəcəsi: 15 %-ədək
Faizsiz subsidiya: 3 ilədək, 10 %-ədək
Dövlət zəmanəti: 90 ə qədər
Avadanlıq krediti:
Məbləğ: 5 000–3 000 000 manat
Faiz dərəcəsi: 9 %-ədək
Müddət: 5 ilədək
Kapital Bank
Mikro biznes kreditləri
Məbləğ: 1 000–100 000 manat
Müddət: 36 ayadək
Faiz dərəcəsi: 16 %-dən başlayaraq
Tələblər:
Yaş: 20 dən yuxarı
Sahibkarlıq və ya peşə fəaliyyəti: minimum 12 ay
VÖEN (vergi nömrəsi)
VÖEN əsasında sürətli kredit (əlavə)
Məbləğ: 300 000 manatadək
Müddət: 12, 18 və 24 ay
Faiz dərəcəsi: İllik 12 %-dən
Valyuta: AZN
Təminat: Girovsuz
"Rabitəbank"
Mikro Kredit
Məbləğ: 500–100 000 manat
Müddət: 3–36 ay
Faiz: 15–28 %
Komissiya: 0–1,5 %
Güzəşt müddəti: 6–12 ay
Təminat: Daşınmaz/daşılan əmlak, qiymətli metallar, zaminlik
İnvoysların maliyyələşdirilməsi
Məbləğ: 30 000–1 000 000 manat
Faiz: 12–13 %
Müddət: Maks. 3 ay
Güzəşt: 2 ay
Komissiya: 1 %
Təminat: İnvoys üzrə debitor borc və zaminlik
Sifarişlərin maliyyələşdirilməsi
Məbləğ: 30 000–1 000 000 manat
Faiz: 14–16 %
Müddət: Maks. 6 ay
Güzəşt: 5 ay
Komissiya: 1 %
“Güc xanımlarda”
Məbləğ: 30 001–1 000 000 manat
Faiz: 12,9 %-dən başlayaraq
Müddət: 36 ay
Komissiya: 0 %
Aqro kredit – Mikro
Məbləğ: 500–100 000 manat
Faiz: 15–28 %
Güzəşt: 6–9 ay
Sahibkarlara kredit – SİF
Məbləğ: 5 000–10 000 000 manat
Faiz: 5 %-dək
Müddət: Maks. 10 il
Güzəşt müddəti: Müddətin yarısı
Təyinat: Dövriyyə vəsaiti, avadanlıq alışı, kənd təsərrüfatı və sənaye məhsulları
Biznes krediti
Faiz: AZN – 15 %-dən, USD – 6 %-dən başlayaraq
Məbləğ və faiz aralığı: 30 001–500 000 manat və ya USD üzrə, illik 15–21 %
"TuranBank"
Mikro Kredit
Məbləğ: 500–100 000 manat (maksimal 2 000 000 manat)
Faiz: 17 %-dən (AZN), 7,5 %-dən (USD)
Müddət: 3–36 ay
Komissiya: 0,5 %-dən
Girovsuz kredit: maksimum 40 000 manat
Təminat: Zaminlik, əmlak, qiymətli metallar
İşgüzar xanımlar üçün kredit
Məbləğ: 500–100 000 manat
Faiz: 16,5–19 %
Komissiya: 0 %
Xüsusi imkanlar: 18 ay üzəri kreditlərdə 3 ay, kənd təsərrüfatı təyinatlılarda 6 ay güzəşt
Overdraft
Məbləğ: 500 000 manat və ya USD
Faiz: 6 %-dən başlayaraq
Komissiya: 0,5–1,5 %
FİFD: Minimum 7,98 %
Təminat: Təminatsız, zaminli və girovla
Korporativ kredit xətləri
Məbləğ: 10 000–500 000 manat və ya USD
Faiz: AZN – 18 %-dən, USD – 8 %-dən
Express kredit
Məbləğ: 3 000 manat
Müddət: 18 ay
Faiz: 25–27 %
Komissiya: 2 %
FİFD: 22,78 %
Yaşıl maliyyə krediti
Məbləğ: 2 000 000 manat və ya 1 000 000 USD
Faiz: AZN – 16 %-dən, USD – 7,5 %-dən
Təyinat: Hibrid avtomobil, istixana, bağçılıq
FİFD: 16 %
Komissiya: 0 %
Aqrokredit
Məbləğ: 30 000 manatadək
Faiz: 12,5–16,9 %
Müddət: 15 ay
Komissiya: 2,5 %-dən başlayaraq
Təminat: Zaminlik və digər aktivlər
FİFD: 16,45 %
Mayya Hüseynova