UEFA Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"dan, "Çelsi" "Benfika"dan üstün oldu VİDEO

1-10-2025, 09:49           
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"dan, "Çelsi" "Benfika"dan üstün oldu  VİDEO
UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun ilk oyun günü başa çatıb.

Oxu.Az xəbər verir ki, "Qalatasaray" doğma RAMS Parkda "Liverpul"u qəbul edib. Görüşün taleyini bir qol həll edib. İstanbul təmsilçisi Mersisayd klubuna penalti sayəsində qalib gəlməyi bacarıb - 1:0.


İlk turda "Qarabağ"ın məyus etdiyi "Benfika" təmsilçimizin digər rəqibi "Çelsi" ilə səfər matçında da məğlub olub. "Zadəganlar"a qələbə üçün bir dəqiq zərbə kifayət edib - 1:0.


"İnter" "Slavia Praqa" ilə ev matçında azarkeşlərini sevindirib. Meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçiriblər - 3:0.


Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

"Atalanta" - "Brügge" 2:1;

"Kayrat" - "Real Madrid" 0:5;

"Atletiko Madrid" - "Ayntraxt Frankfurt" 5:1;

"Budyo Qlimt" - "Tottenhem" 2:2;

"Marsel" - "Ayaks" 4:0;

"Pafos"- "Bavariya" 1:5.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru