Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

29-05-2017, 08:44           
Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb
Hondurasda futbol üzrə milli çempionatın oyunundan əvvəl stadionda yaranan basabas nəticəsində azı 5 nəfər ölüb, daha 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Report" xəbər verir ki, bu barədə "La Prensa" nəşri yazıb.
İnsident mayın 28-də günün ikinci yarısı "Motaqua" və "Qonduras Proqresso" komandalarının oyununa az qalmış baş verib.
Polisin məlumatına görə, oyuna həddindən çox bilet satılıb ki, bu səbəbdən də stadion qədərindən artıq dolub. Bəzi fanatlar arenaya düşmək üçün polislə dava edib. Nəticədə basırıq yaranıb və girişdə bir neçə nəfər həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru