Futbol tarixində yeni rekordçu

1-04-2018, 21:52           

Fransanın PSJ klubunun braziliyalı futbolçusu Dani Alves tarixə düşüb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı dünyanın ən titullu futbolçusu adına yiyələnib.

Belə ki, PSJ-nin Fransa Liqa Kubokunu qazanması ilə Dani karyerasında 37-ci titula yiyələnib. Regional turnir sayılan Nordeste kubokunu da saysaq, bu həddə çatan braziliyalı futbol tarixinə düşüb. Düzdü, adıçəkilən titulla bağlı mübahisələr də qaçılmazdı.

Onun hesabında İspaniya çempionatlarında 6, İspaniya kuboku və İspaniya Superkubokunda 5, UEFA Superkubokunda 4, UEFA Çempionlar Liqası və Klublararası dünya çempionatlarında 3, UEFA kuboku və Konfederasiyalar kubokunda 2 qələbə var. Alves həmçinin A seriyası, İtaliya kuboku, Fransa Superkuboku, Nordeste kuboku, Amerika kuboku və Fransa Liqa kuboku da var.

Qeyd edək ki, PSJ finalda “Monako”nu 3:0 hesabı ilə məğlub edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.