Avropa çempionatınında Azərbaycan və Türkiyəyə HAQSIZLIQ - Boksçular arasında DAVA DÜŞDÜ

2-04-2018, 09:53           

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının finalında Azərbaycan və Türkiyə təmsilçilərinə qarşı haqsızlıq edilib.

"Report"un məlumatına görə, hər iki halda onlar yerli və gürcüstanlı rəqibləri qarşısında məğlubiyyətə uğradılıblar.

Qitə birinciliyinin finalında 56 kq çəki dərəcəsində Azərbaycan millisinin üzvü Tayfur Əliyev meydan sahibi Robert Jitaru, 64 kq çəki dərəcəsində Türkiyə boksçusu Tuğrulhan Erdemir gürcü Laşa Gurulidən üstün mübarizə aparmalarına, eləcə də raundlarda inamlı çıxış etmələrinə baxmayaraq, hakimlər hər iki idmançıya qarşı haqsızlıq edərək boksçuları qızıl medalın bir addımlığında büdrədiblər. Nəticədə sonuncu cütlüyün final döyüşündən sonra İdman Sarayında türk və gürcü boksçular arasında yaranan insident qısa zamanda davaya çevrilib. Təhlükəsizlik əməkdaşlarının köməkliyi nəticəsində yaranmış gərgin vəziyyət aradan qaldırılıb.
[media=https://www.youtube.com/watch?v=O7nO7L6TsFA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.