Buffondan Ronaldo etirafı: Yuxuma girir

2-04-2018, 09:56           

"Yuventus"un təcrübəli qapıçısı Canluisi Buffon Çempionlar Liqasında qarşılaşacaqları "Real Madrid"lə oyundan danışıb.

Teleqraf.com xəbər verir ki, Buffon oyunöncəsi açıqlamasında "Kriştiano Ronlado ilə qarşılaşmağı heç bir qapıçı arzulamaz", deyə bildirib.

O, oyundan çox narahat olduğunu bildirib: "Ronaldo artıq yuxularıma girməyə başlayıb".

Gianluigi Buffon qeyd edib ki, Ronaldonun ikiayaqlı olduğunu unutmamaq lazımdır:

"Heç də hər zaman istedadlı komandalar qazanmır. İki oyunda onlardan daha yaxşı perfomans göstərə bilsək, müsbət nəticə əldə edə bilərik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.