"Barselona"nın baş məşqçisi Lionel Messinin durumu haqqında məlumat verib

3-04-2018, 23:27           
"Barselona"nın baş məşqçisi Lionel Messinin durumu haqqında məlumat verib
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında doğma meydanda İtaliyanın "Roma" komandası ilə görüşdə iştirak edəcək.

"Report"un məlumatına görə, bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde "Futbol İtalia"ya açıqlamasında məlumat verib. O həmçinin Serxio Busketsin də sabahkı qarşılaşmada oynamaq ehtimalının olduğunu vurğulayıb:

"Messi "Roma"ya qarşı oynayacaq. O, əvvəlki günlərə nisbətən özünü daha yaxşı hiss edir. Busketsin iştirakı isə sual altındadır. Buna sabah qərar verəcəyik. Hər ikisi bizim əsas futbolçularımızdır".

Qeyd edək ki, "Barselona" - "Roma" matçı aprelin 4-ü Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru