İngiltərə üç ölkə ilə futbol üzrə dünya çempionatını keçirmək niyyətindədir
16-06-2018, 10:18
İngiltərə 2030-cu ildə futbol üzrə dünya çempionatını keçirmək niyyətindədir.
"Report"un "The Telegraph"a istinadən verdiyi xəbərə görə, İngiltərə Futbol Federasiyası çempionatı Uels, Şotlandiya və Şimali İrlandiya ilə birgə təşkil etmək istəyir.
Məlumata əsasən, bununla bağlı federasiyalar iyunun 12-də gizli görüş keçirib.