"Liverpul" transfer bombasını partlatdı - rekord qırıldı

19-07-2018, 08:18           
"Liverpul" transfer bombasını partlatdı - rekord qırıldı
Çempionlar Liqasının finalında qapıçısı Loris Kariusın buraxdığı kobud səhvlər üzündən "Real"a yenilən "Liverpul" heyətinə yeni qapıçı qatıb.

Teref.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə klubu Alissonun transferi üçün "Roma" ilə anlaşıb. Razılaşmaya əsasən "Liverpul" braziliyalı qapıçı üçün 75 milyon avro ödəyəcək.


Bu Premyer Liqada baş tutmuş ən bahalı qapıçı transferi olacaq. Bundan əvvəlki rekord Edersona məxsus idi. "Mançester Siti" onu 40 milyon avroya almışdı.


Qeyd edək ki, "Roma" Alissonu 2016-ı ildə Braziliyanın "İnternasional" klubundan 8 milyon avro qarşılığında rənglərinə bağlamışdı. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru