FİFA ilin futbolçusu adına namizədləri açıqladı - SİYAHI

25-07-2018, 07:29           
FİFA ilin futbolçusu adına namizədləri açıqladı - SİYAHI
FİFA ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, aşağıdakı 10 oyunçu bu ad uğrunda mübarizə aparacaq.

1. Luka Modriç (Xorvatiya, “Real”)

2.Kriştiano Ronaldo (Portuqaliya, “Real”/”Yuventus”)

3.Rafael Varan (Fransa, “Real”)

4.Antuan Qrizmann (Fransa, “Atletiko”)

5.Kilian Mbappe (Fransa, PSJ)

6.Lionel Messi (Argentina, “Barselona”)

7.Eden Azar (Belçika, “Çelsi”)

8.Kevin De Brüyne (Belçika, “Mançester Siti”)

9.Harri Keyn (İngiltərə, “Tottenhem”)

10.Məhəmməd Salahdır (Misir, “Liverpul”).

Milli komandaların baş məşqçiləri, milli komandaların kapitanları, tərəfdarları və jurnalistlərin iştirakı ilə keçiriləcək səsvermədən sonra namizədlərin sayı 3-ə qədər azalacaq. Avqustun 10-n kimi FİFA-nın internet saytında səsvermədə iştirak etmək mümkün olacaq. Son üç namizəd sentyabr ayının əvvəlində elan ediləcək.

Qeyd edək ki, sentyabrın 24-də Londonda keçirilən tədbirdə qalib mükafatlandırılacaq.

Həmin tarixdə həmçinin ən yaxşı kişi baş məşqçi, ən yaxşı qadın futbolçu ilə qadın baş məşqçi, ən yaxşı qol, ən yaxşı tərəfdar və ən yaxşı qapıçı mükafatlandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru