ÇL-də II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

26-07-2018, 01:25           
ÇL-də II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 5 oyunu keçirilib.



Apasport.az saytının məlumatına görə, bununla da ilk oyunlara yekun vurulub.



“Qarabağ”la yanaşı, Azərbaycan çempionunun III təsnifat mərhələsindəki potensial rəqibləri də meydana çıxıb. Belə ki, HİK Belarusda BATE-nin qonağı olub. Çempionumuzun oyununda olduğu kimi potensial rəqiblərinin qarşılaşmasında da azarkeşlər qola həsrət qalıblar - 0:0. “Ludoqorets” doğma arenasında “Videoton”un müqavimətini qıra bilməyib - 0:0.


“Şturm” isə Hollandiyada “Ayaks” sınağında 2 cavabsız qola üzülüb - 0:2. Son qarşılaşmada “Seltik”lə “Rusenborq” Şotlandiyada üz-üzə gəliblər. Meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.





Çempionlar Liqası



II təsnifat mərhələsi, ilk oyunlar



25 iyul





BATE (Belarus) - HİK (Finlandiya) - 0:0







“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) - 0:0







“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) - 0:0







“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) - 2:0

Qollar: Ziyeç, 15, Şone, 57







“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) - 3:1



Qollar: Eduard, 43, 75, Ntçam, 46 - Melinq, 16












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru