Ansi Aqolli: "Albaniya komandasına qarşı ilk dəfə oynadığım hiss olunurdu"

26-07-2018, 01:37           
Ansi Aqolli: "Albaniya komandasına qarşı ilk dəfə oynadığım hiss olunurdu"
"Təcrübəm və uzun illər futbolda olmağıma baxmayaraq duyğularım var idi. Lakin Albaniya komandasına qarşı ilk dəfə oynadığım hiss olunurdu."

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ansi Aqolli Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Albaniya "Kukesi"si ilə heç-heçə etdikləri oyundan danışarkən deyib.

36 yaşlı albaniyalı müdafiəçi rəqibin ildən-ilə böyüyən bir klub olduğunu vurğulayıb: "Kukesi" yaxşı komandadır. Biz bir neçə il əvvəl Avropaya getdik və bunun çətin olduğunu düşündük. Praqnoz düzgün oldu. Çətin oyun olacağını gözləyirdik. Bu gündən etibarən növbəti 90 dəqiqəni daha çox düşünmək məcburiyyətindəyik. Növbəti matça diqqət yetirəcəyik. Futbolda hər şey son dəqiqəyə qədər açıqdır. Təcrübə bunu göstərir".

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru