Rusiya Futbol İttifaqı Stanislav Çerçesovla müqavilənin müddətini uzadacaq

26-07-2018, 13:46           
Rusiya Futbol İttifaqı Stanislav Çerçesovla müqavilənin müddətini uzadacaq
Rusiya Futbol İttifaqı milli komandanın baş məşqçisi Stanislav Çerçesovla müqavilənin müddətinin uzadılıması ilə bağlı razılıq əldə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü İqor Lebedev bildirib. O, deyib ki, yaxın günlərdə 55 yaşlı mütəxəssislə 2+2 şərti ilə müqavilə bağlanılacaq.

Qeyd edək ki, Çerçesov 2016-cı ilin avqustundan Rusiya yığmasının baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 2018-ci il dünya çempionatında 1/4 finalda qədər irəliləyib və finalçı Xorvatiya millisinə uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru