"BATE" - “Qarabağ” matçının hakimləri açıqlanıb

11-08-2018, 05:46           
"BATE" - “Qarabağ” matçının hakimləri açıqlanıb
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun “BATE” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Trend-in məlumatına görə, avqustun 14-də “Borisov Arena”da keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, BATE – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru