“Qarabağ” bu dəfə Moldovada uduzdu
23-08-2018, 23:31

Avqustun 23-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçında səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
Virtualaz.org bildirir ki, Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilən oyunda Ağdam klubu rəqibinə minimal hesabla yenilib – 0:1.
Yeganə qolu 8-ci dəqiqədə bosniyalı Rifet Kapiç vurub.
Xatırladaq ki, Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəlmişdilər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı.
* * *20:20
Avropa Liqasının pley-off mərhələsinin "Şerif" - “Qarabağ” matçı ölkəmizdə canlı yayımlanmayacaq.
Oxu.az-ın məlumatına görə, bu matç Moldovada TSV telekanalından canlı yayımlanacaq. Bu oyuna baxmağın hələlik bir yolu var: (http://livetv.sx/eventinfo/693848_sheriff_karabakh/). Oyunun başlamasına 30 dəqiqə qalmış link aktiv olacaq və matçın yayımı təşkil ediləcək.
Qeyd edək ki, “Şerif” - “Qarabağ” matçı bu axşam saat 21:00-da start götürəcək.
* * *09:58
Bu gün "Qarabağ" klubuı futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində ilk oyununa çıxacaq.
Virtualaz.org bildirir ki, komandamızın rəqibi Moldova çempionu "Şerif" olacaq.
Matç Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşmanı Sergey Tsınkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə saat 21-də başlayacaq “Şerif” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq. “CBC Sport” telekanalının rəsmi “Facebook” səhifəsində dünən yaymlanan bəyatanda belə deyilir.
Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən keçirilən mətbuat konfransında deyib ki, komandanın minimum hədəfi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.