Qurban Qurbanov: "Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

24-08-2018, 07:12           
Qurban Qurbanov: "Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq"
"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"ə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir: "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Şerif" arasındakı cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru