İspaniya La Liqasında ikinci tura start verilib

25-08-2018, 07:59           
İspaniya La Liqasında ikinci tura start verilib
İkinci turun ilk matçında “Xetafe” “Eybar”la üz-üzə gəlib. Trend-in məlumatına görə, matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə 18-ci dəqiqədə hesabı Anxel açıb. Matçın sonunda, 90-cı dəqiqədə, “Xetafe”nin hücumçusu Molina fərqi artırıb.

Xetafe ilk xallarını qazanmaqla, 8-ci pilləyə qalxıb, “Eybar” isə ikinci dəfə uduzmaqla 17-ci sırada qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.