Azərbaycan neftinin SON QİYMƏTİ

24-11-2018, 06:57           
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 64,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,46 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 59,61 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti noyabrın 22-də 61,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.