Saatlıda kriminal avtoritet başından güllələnərək öldürülüb

25-11-2018, 06:23           
Saatlıda kriminal avtoritet başından güllələnərək öldürülüb
Saatlı rayonununun Azadakənd kəndində kriminal avtoritet tapança ilə güllələnərək qətlə yetirilib. “Report”-un Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Azadakənd kənd sakini, 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun ona məxsus BMW markalı avtomobildə başından almış 2 güllə yarası ilə meyiti aşkarlanıb. Meyit Sabirabad morquna müayinə olunmaq üçün yerləşdirilib.

Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.

Qeyd edilir ki, adı çəkilən şəxs dəfələrlə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Saatlı rayon prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru