Azərbaycanda keçmiş polis müstəntiqi namus üstündə ÖLDÜRÜLDÜ

25-11-2018, 22:34           
Azərbaycanda keçmiş polis müstəntiqi namus üstündə ÖLDÜRÜLDÜ
Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.

Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib. Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru